Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə Şahdağ Milli Parkından İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Oxu24.com ARB TV-yə istinadən xəbər verir ki, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən altı nəfər müəyyən edilərək saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR