Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74044
az

Əvəz Zeynallı ev dustaqlığına buraxılacaq?

16:5921 Sentyabr, 2022
1814
SON DƏQİQƏ
  • A

Bu gün Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.

Oxu24.com  "Qafqazinfo"ya istinadən xəbər verir ki, proses bu gün saat 16:00-a təyin olunub. Vəsatət Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatına verilib.

Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ərazilərdə qaz olmayacaq
Bu bələdiyyələr birləşdirildi- SİYAHI
Güclü yanğın: Xəsarət alan var

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı