Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73980
az

SON DƏQİQƏ! Bakıda böyük əməliyyat: Xeyli sayda tutulan var

12:4419 Sentyabr, 2022
900
REDAKTORUN SEÇİMİ
  • A

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 30 nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar.

Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintqa tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı
Tələbələrə şad xəbər: Bu güzəştlər olacaq (VİDEO)

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat