Rusiya və Ukrayna arasında baş verən gərginliyə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün təcili toplantı keçirəcək. Oxu24.com xəbər verir ki, toplantı yerli vaxtla saat 11:00 da (Bakı vaxtı ilə 18:00) başlayacaq.
Xatırladaq ki, Rusiya tərəfindən Krımda Ukraynanın üç gəmisi saxlanılıb.Onların saxlanılması üçün silahdan istifadə edilib. Nəticədə 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib və hər üç şəxsin həyatı üçün təhlükə yoxdur.
Ukrayna ordusu Rusiyanın gəmilərə atəş açdığını, bir əskərin öldüyünü açıqlayıb. Bəzi mənbələrə görə Rusiya ordusu Ukraynaya məxsus hərbi qayıqları ələ keçirib və bəzi hərbçiləri əsir götürüb.
Ukrayna mətbuatı isə Ukrayna Müdafiə Nazirliyi və Dəniz Qüvvələri internet saytlarının çökdürüldüyünü yazır.
Ukraynanın bütün dəmiryolu xəttləri ikinci bir əmrə qədər ordunun tabeçiliyinə verildi və Donbassa hərbi birliklər cəmlənir.
Oxu24.com
ŞƏRHLƏR