Krımda Ukraynanın üç gəmisi saxlanılıb.
Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, "Berdyansk", "Nikopol" və "Yanı Kapu" gəmiləri Rusiya dənizçilərinin dayanma tələbinə məhəl qoymayıblar və onların saxlanılması üçün silahdan istifadə edilib. Nəticədə 3 ukraynalı hərbçi yaralanıb. Onlara tibbi yardım göstərilib və hər üç şəxsin həyatı üçün təhlükə yoxdur.
Lakin Ukrayna tərəfi Rusiyanın yaydığı məlumatın düzgün olmadığını qeyd edib. Bildirilib ki, Rusiya hərbçilərinin Ukraynanın Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktından başqa heç nə deyil. Bundan başqa Ukrayna prezidenti Petro Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko iştirakı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Prezident Ali Radanın deputatlarını parlamentin növbədənkənar iclasına gələrək Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərar layihəsinə səs verməyə çağırıb.
Oxu24.com
ŞƏRHLƏR