Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7391
az

Günün qoroskopu: Uğur əhvalınızdan asılıdır 26 Noyabr 2018

00:1726 Noyabr, 2018
952
CƏMİYYƏT
  • A
Qoç - işlərinizə ciddi hazırlaşsanız, yaradıcı planlarınızı reallaşdıra bilərsiniz. İnformasiya, yaxud zəruri avadanlıq, alət, material çatışmazlığı hiss oluna bilər. Belə situasiyanın yaranmaması üçün tədbirli davranın.
Günün ikinci yarısında uzunmüddətli səfər və ya riskli layihə planlaşdırmayın. Emosiyalara yox, məntiqə əsaslanaraq hərəkət edin.
Ünsiyyətdə səmimi, qayğıkeş olun. Axşam saatlarına yaxın münasibətləri aydınlaşdırmağa çalışmayın. Təşəxxüslü, xudpəsənd olmayın. Yarana biləcək münaqişənin qarşısını alın.
Buğa - unutmayın ki, ən pis sülh ən yaxşı münaqişədən yaxşıdır. Konfliktli vəziyyət yaratmayın. Asılı olduğunuz insan və ya yaşlılarla mübahisələr etməyin. Sözlərinizi yumor hissi ilə qəbul etməyən insanla zarafata yol verməyin.
Uzaq yoldan və ağır fiziki işdən imtina edin.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Qayğıkeş davranın, məsləhətlərə qulaq asın. Yaxın gələcəklə bağlı planlar qurun.
Axşam saatlarını istirahətə həsr edin.
Əkizlər - çoxdan diqqət tələb edən situasiyanı nizamlamaq olar. Bütün çətinliklərə rəğmən geri çəkilməyin, bədbinliyə qapılmayın. Alış-verişə çox pul xərcləməyin. Təmir və ya köç üçün əlverişli zamandır.
Günün ikinci yarısında maliyyə durumunuza fikir verin. Vəsaitə qənaət etməyə çalışın.
Yaxınlarınız sizi məişət problemləri və qayğılarla narahat edəcəklər. Münaqişələrdən birdəfəlik qurtulmaq mümkün deyil. Səhvləri vaxtında anlasanız, onların fəsadlarını azaltmaq olar. Təcili həllini tələb edən məsələlər var.
Xərçəng - günün ilk yarısında əhvalınızda kəskin dəyişikliklər ola bilər. Emosionallıq və aqressivlik ünsiyyətdə ciddi problemlər yaradacaq. Həddən artıq hissiyatlı davranış sizi illüziyaların əsiri etməsin. İfrat rasionallıq da zərərlidir.
Günün ikinci yarısında bahalı əşyalar almayın. İtkilərə yol verməmək üçün anlaşma, sövdələşmə və maliyyə əməliyyatlarını ertələyin.
Şəxsi həyatda emosiyalara rəğmən yaxınlarınız sizi dəstəkləyəcək, yardım edəcəklər. Axşam saatlarında bir qədər müstəqil qalın.
Lakin istənilən halda noutbuk və ya mobil telefon yaxşı "həmsöhbət" deyil.
Şir - günün ilk yarısında həddən artıq enerji hiperaktivliyə səbəb olmamalıdır. Ehtiyatlı olun, yaxın ətrafınızdakı insanların fikir və niyyətlərini anlamağa çalışın. Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
Günün ikinci yarısında işlərdə ciddi maneələr yarana bilər. Ən mühüm işləri ertələməyin.
Mübahisələrdə nəyin bahasına olursa-olsun, qalib gəlməyə çalışmayın. Ailə üzvləri ilə təmaslarda təmkinli olun. Ailədə sakitlik önəmli məsələdir.
Hisslərinizə nəzarət edin.
 
Qız - günün ilk yarısındakı olaylar sizdən kommunikativ olmağı, bacarıqlarınızı nümayiş etdirməyi tələb edir. Məktub və sənədləri qaydaya salın. Yeni məlumatlar əldə edərək mövqelərinizi möhkəmləndirin. Qərarların qəbul sürətini artırın.
Günün ikinci yarısında çalışdığınız sahədə, gördüyünüz işdə böyük səhvə yol verməmək üçün sayıqlığı əldən verməyin.
Planlarınız və ya arzularınızı yaxınlarınızla bölüşmək istəyiniz normal anlaşılmaya bilər. Sükut məsləhətdir.
Aidə üzvlərinə pozitiv təsir edin.
Tərəzi - günün ilk yarısında mübahisələrə qatılmayın, münasibətlərin aydınlaşdırılmasında aktiv iştirak etməyin. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar sizi anlamırlar. Onlar dediklərinizə inanmırlar. Münaqişə səbəbkarı olmayın.
Günün ikinci yarısında rəqiblərin davranışlarına fikir verin. Onlar sizə qarşı yeni plan hazırlayırlar. Yaxınlarınıza kömək edin, yardım istəyənə dəstək verin. Başqalarının fikirlərinə qulaq asmaq və deyilənlərə diqqətlə yanaşmaq gərəkdir.
Bu minvalla yaxınlarınızla münasibətləri korlanmaqdan qorumaqla yanaşı, yaxın gələcəklə bağlı yaxşı məsləhət ala bilərsiniz.
Əqrəb - qərar qəbul edəndə məntiqli olun. Aldığınız məsləhət ilk baxışdan qəribə təsir bağışlasa da, ona riayət edin. Bundan sonrakı fəaliyyətinizi planlaşdıranda alternativ məlumat mənbələrindən yararlanın. Uzaq gələcəklə bağlı planların yenilənməyə ehtiyacı var.
Günün ikinci yarısında ağır fiziki işə başlamayın. Aktiv olun, süst davranmayın.
Axşam saatları ailə üzvləri ilə birlikdə gəzinti üçün sərfəlidir. Vaxtınızı sevdiyiniz insanla keçirin. Səhhətinizə və xüsusilə də rasionunuza fikir verin. Yağlı və çox kalorili yemək yeməyin.
Oxatan - yaxın ətrafınızdakı insanlara ən sadə məqamları anlatmaq üçün çox vaxt gərəkdir. Aqressiv olmayın. Düşünməyin ki, onlar ən elementar, sadə nəsnələri anlamırlar. Mübahisələrə qatılmayın.
Günün ikinci yarısında kimsəyə nəyisə sübut etməyə çalışmayın. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradların sayını azaldın.
Yaxınlarınızla təmaslarla məişət məsələləri yenidən gündəmə gələcək. Onlar çoxdankı vədlərinizi xatırlayacaq, verilən sözlərə əməl olunmasını istəyəcəklər.
Axşam saatlarına yaxın əhvalınız pisləşəcək. Normal istirahət edin.
Oğlaq - intellektual fəaliyyətdə diqqətli olun ki, müxtəlif səhvlərə yol verməyəsiniz. Ətrafınızdakı insanlarla ünsiyyəti bir qədər azaldın. Gərəksiz söhbətlər və yerinə yetirə bilməyəcəyiniz vədlər sizə qarşı olacaq.
Günün ikinci yarısında uzaq məsafələrə səyahəti təxirə salın. İdmanla məşğul olmağa çalışın.
Ailə üzvləri ilə ünsiyyətdə arqumentlərdən mütləq şəkildə xeyrinizə istifadə etməyə səy göstərməyin. Münasibətləri aydınlaşdırmağa can atmayın. Birgə fəaliyyətdə xeyir var.
Dolça - yaşanan situasiyada pozitiv məqamları görməyə çalışın. Birgə çalışdığınız insanların nöqsanlarını ön plana çıxarmayın. Vəziyyətin nüanslarını nəzərə alsanız, yaxşı nəticələrə nail ola bilərsiniz.
Uğur əhvalınızdan asılıdır.
Günün ikinci yarısında fikir ayrılıqlarına görə münasibətləri kəsdiyiniz adamla əlaqələri bərpa edə bilərsiniz. Sevdiyiniz insanla emosional danışmayın. Ailə üzvləri ilə təmaslarda səbrli olun.
Balıqlar - tənqidlər sizi bədbinliyə düçar etməməlidir. Opponentlərdən biri sizi təbdən çıxararaq niyyətinə çatmaq, istəyini gerçəkləşdirmək istəyir. Bu adama imkanlardan yararlanmağa imkan verməyin. Amma münaqişə də yaratmayın. Ehtiyatlı olun.
Günün ikinci yarısında yaxınlarınızdan birini suçlamayın. Yaxın gələcəklə bağlı planları ailə üzvləri ilə müzakirə edin. Uzaq səfərləri ertələyin. Travma riskli işlərlə məşğul olmayın. Qidalanmada mühafizəkar olun. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günün ULDUZ FALI -Subayları romantik görüş gözləyir
Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ