Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7389
az

Krımda gərginlik: Rusiya hərbi təyyarələri havaya qaldırdı - YENİLƏNİB

23:5625 Noyabr, 2018
743
DÜNYA
  • A
20:49
Ukrayna gəmilərinin Kerç boğazına yaxınlaşması üzündən Rusiya havaya hərbi təyyarələri qaldırıb.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bildirilir ki, havaya bir neçə təyyarə qaldırılıb.

NTV telekanalı isə xəbər yayıb ki, Krım körpüsü üzərində havada iki Su-25 təyyarəsi görünüb.

17:36

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmi Rusiya sərhədlərini pozaraq Kerç boğazı istiqamətində irəliləyib.

Oxu24.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə FTX-nın Krım üzrə sərhəd xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna gəmiləri BMT-nin Dəniz hüququna dair konvensiyasının 2 maddəsini pozub. Ukrayna gəmiləri Rusiya tərəfinin heç bir tələbinə məhəl qoymayıb.

Ukrayna tərəfi isə hadisə ilə bağlı Rusiyanı təxribat törətməkdə ittiham edib. Rusiya gəmilərinin Ukrayna gəmilərinə qarşı təcavüzkar davranışları tənqid edilib.

"Rusiyanın sərhədçi "Sobol", "Don", "Manqust" və "Suzdaleç" gəmiləri açq təxribatlara yol veriblər. "Don" sərhədçi gəmisi bizim reyd gəmimizə qarşı taran edib və nəticədə gəminin əsas mühərriki sıradan çıxıb", - rəsmi Kiyevin yaydığı bəyanatda bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski F-16 qəzasına görə onu vəzifədən qovdu
Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır
Donetskdə son durum: yüzlərlə ailə təxliyə edilir

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı