Bakıda gənc qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
Oxu24.com xəbər verir ki, Binəqədi rayon polis İdarəsi 6-cı Polis Şöbəsinə müraciət edən Elçin Bayramov (ad şərtidir) həyat yoldaşının noyabrın 16-da evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. Şikayətçinin sözlərinə görə, xanımı, 1994-cü il təvəllüdlü Səlimə Bayramova həmin gün heç kimə demədən Biləcəri qəsəbəsi M.Aslanov küçəsindəki evi tərk edib.
Faktla bağlı axtarış tədbirləri həyata keçirilir. Oxu24.com
ŞƏRHLƏR