Bu dəqiqələrdə polis Ermənistan parlament binasını mühasirəyə alıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat və video paylaşıb. Məlumatda qeyd edilir ki, İrəvan sakinləri Nikol Paşinyanın parlamentdəki çıxışından sonra parlament binasının önünə axışıb. Paşinyanın Azərbaycanla yeni sənədin imzalanacağı ilə bağlı açıqlaması erməniləri təşvişə salıb.
Parlament binası qarşısına toplaşan insanlar "Nikol satqındır" şüarı səsləndirirlər. Etirazçılar yolu bağlayaraq vətəndaşları birliyə səsləyirlər.
Aksiyanın baş tutduğu yerə polislər cəlb olunub. Hazırda polis parlament binasını mühasirəyə alıb.
***
Ermənistanda etiraz aksiyası güclənir, parlament binası önünə axın edənlərin sayı artmaqdadır. Etirazçılar parlament binasının qapılarını sındırmağa cəhd edirlər.
Oxu24.com
ŞƏRHLƏR