Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73804
az

Baş nazir Əli Əsədov qərar imzalayıb

19:4714 Sentyabr, 2022
551
SİYASƏT
  • A

Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı genişləndirilib.

Oxu24.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yerin təkinin birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcəyi halların sayı artırılıb.

Belə ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə yerin təki istifadəyə birbaşa danışıqlar yolu ilə veriləcək.

Qeyd edək ki, qərar 2025-ci il yanvarın 1-dək qüvvədədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakan Fidan      Bakıya      gəlir
İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb- Fotolar
Braziliya Prezidenti İlham Əliyevə       başsağlığı       verdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb