Şəhid Xudayar Yusifzadənin anası əməliyyat olundu
07 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars
44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası əməliyyat olunub.
Press.az xəbər verir ki, Radə Qurbanova uşaqlığın simptomlu leyomioması, uşaqlıq boyunun displaziyası diaqnozu ilə bu gün paytaxtdakı tibb müəssisələrindən birində əməliyyat edilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinə müdiri Zamirə Ədilova faktı oxu.-a təsdiq edib.
O bildirib ki, vətəndaş Radə Qurbanova TƏBİB-in tabeliyindəki Xətai Tibb Mərkəzində bu gün əməliyyat olunub:
Ətraflı
“Əməliyyatı Mərkəzin Ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacızadə həyata keçirib. R.Qurbanova artıq palataya köçürülüb, vəziyyəti qənaətbəxşdir”.
ŞƏRHLƏR