Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73563
az

Evdən qaçdığı üçün öldürülən Aybəniz bibisi oğlu ilə evli imiş - Təfərrüat

21:0907 Sentyabr, 2022
255
  • A

Bu gün Abşeron rayonu ərazisində Ağsu rayon Pirhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nazim Əliyevin qızı, 33 yaşlı Aybəniz Abdullayevanı qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

Oxu24.com  Qafqazinfo-a istinadən xəbər verir ki, sentyabrın 1-də yaşadığı kənddən qaçan A.Abdullayeva atasının bacısı oğlu (bibisi oğlu) ilə evli imiş və onların bir övladı var.

Bildirilir ki, A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir və vaxtaşırı rayona ailəsinin yanına gedirmiş. A.Abdullayeva isə həyat yoldaşının evdə olmadığı vaxt yaşadığı kəndi tərk edərək tanışının yanına qaçıb.

Bundan sonra Nazim Əliyev qızının axtarışına çıxıb və onu Abşeron rayonu ərazisində taparaq qətlə yetirib. Hadisədən sonra o, taksi ilə Ağsu rayonuna qayıdıb və orada polisə təslim olub.

Qeyd edək ki, N.Əliyev əvvəllər Rusiyada yaşayıb və orada cinayət törətdiyinə görə məhkum olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhunun qətli ilə bağlı rəis də məsuliyyətə cəlb edilib
At oğruları tutuldu
Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı