Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73546
az

Anasını öldürən 15 yaşlı oğlandan XƏBƏR VAR

17:3407 Sentyabr, 2022
155
  • A

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 15 yaşlı İ.M.-nin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

OXU24.COM APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə zərərçəkmiş Ülviyyə İsmayılovanın hüquqi varisi kimi tanınmış anası məhkəmədə iştirak etməyib, onu nümayəndəsi əvəz edib. Hüquqi varis vəsatət qaldıraraq məhkəmə istintaqı gedişində ittiham olunan şəxsin əməlinin Cinayət Məcəlləsinin daha ağır 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.

Prokuror vəsatətə anında münasibət bildirərək rədd olunmasını tələb edib: "Bu, ailə arasında olan bir məsələdir. Hamıya məlumdur ki, qanunun tələbinə görə ağırlaşmış maddə ilə ittiham olunsa belə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza təyin etmək olmaz".

İttiham olunan şəxsin atası da prokurorun münasibətini dəstəkləyib. Müdafiə tərəfi isə prosesin qapalı keçirilməsi ilə bağlı vəsatətlə çıxış edib.

Dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsatəti müdafiə edib. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

Məhkəmə qətimkan tədbiri ilə bağlı vəsatəti təmin, prosesin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə rədd edib. Təqsirləndirilən şəxsin ittihamının ağırlaşdırılması ilə bağlı vəsatət isə baxılmamış saxlanılıb.

Baxış iclası sentyabrın 20-ə təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin aprel ayında Neftçlilər metro-stansiyasının yaxınlığında qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü İ.M.-nin qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən yeniyetməyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda AĞIR QƏZA: xəsarət alanlar var
Bakıda avtomobil partladı -Xəsarət alan var
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı