102-yə gələn heç bir müraciətə "əsassızdır, səhvdir", deyə etinasız yanaşılmır.
OXU24.COM lent.az-a istinadən bildiriri ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 102 Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur. Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə "əsassızdır, səhvdir", deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda da izahedici məlumat-cavablar verilir.
Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır.
Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. 102 Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır.
Daxil olan müracətlər sırasında onlayn dələduzluq, sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar, məişət səs-küyü çoxluq təşkil edir.
Oxu24.com
ŞƏRHLƏR