Danimarkalı turist mehmanxanaların birində yastıq və çarşaflardan meyit formasında fiqurlar düzəldərək qulluqçu rolunu oynayıb.
OXU24.COM bildirir ki, o, müvafiq videonu TikTok səhifəsində yerləşdirib. 40 milyondan çox baxış toplayan video "Daily Star"ın diqqətini çəkib.
Otel işçiləri üçün qeyri-adi sürprizi kopenhagenli 18 yaşlı Qreqers Federspiel buraxdığı qeyd edilib. Kadrlardan görünür ki, o, oteldən çıxmazdan əvvəl yataq dəstini insanabənzər fiqurlar şəklində qatlayıb, həmçinin boyunlarına telefon naqili bağlayıb.
"Bundan sonra bloqqer və dostu otağı tərk edərək işığı söndürdülər", - deyə nəşr yazıb. Federspielin bu hərəkəti şəbəkədə hiddətə səbəb olub.
Ətraflı
Ad - 00:09
"Bunu etməli deyilsən, bu heç də gülməli deyil. Sadəcə bizə iş açırsan", "Bunu görüb ağlayardım, sadəcə olaraq, hörmətsizlikdir", "Belə hallarda dərhal polisə müraciət edirik, buna görə cərimələnəcəksən", "Başa düşmürsən ki, əvvəlcə rəhbərlik çağırılacaq, sonra polis və nəticədə növbəti qonaqlar daha sonra bu otağa gec daxil ola biləcəklər", "Mən qulluqçu işləyirəm və bu mənim ən böyük qorxumdur, xüsusən də çıxış vaxtı artıq gəlib, otağın açarı isə hələ də qaytarılmayıb", - deyə şərhlərdə yazıblar.
Xüsusilə, otellərdə çalışan istifadəçilər insanlardan bu zarafatnı təkrarlamamağı xahiş ediblər. Bununla belə, 38 mindən çox abunəçi bloqqerin bu hiyləsini gülməli hesab edib.
Oxu24.com
ŞƏRHLƏR