Tutulan qadın narkobaronla bağlı ŞOK TƏFƏRRÜAT
Bakıda hoteldə keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkobaron haqqında maraqlı faktlar üzə çıxıb.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.
2015-ci ildə Gülnar Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və sonradan digər 2 nəfərlə birgə həmin şəxsləri bu videolarla şantaj etməsi üzə çıxıb. O vaxt Gülnar Əhmədova və onunla əlbir olan şəxslər barəsində cinayət işi açılıb, həmçinin o, katibə işlədiyi idarədən kənarlaşdırılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gülnar Əhmədova Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyirmiş. Onunla birgə narkokuryerliyə cəlb etdiyi şəxslər də saxlanılıb.
Gülnar Əhmədovanın Nəsimi rayonunda yerləşən hotellərin birində müvəqqəti qaldığı nömrədən 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR