Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7347
az

“Rusiya Ermənistana qarşı sərt addımlar atacaq” – Təzyiq yüksəlir

21:4023 Noyabr, 2018
1133
SİYASƏT
  • A
Ermənistan cəmiyyəti hələ də Serj Sərkisyan hakimiyyəti üzərində qələbənin eyforiyasından çıxmayıb.

Bunu Teleqraf.com-a Ermənistanın media qurumları və hakim siyasi dairələrində anti-Rusiya kampaniyası haqda danışan politoloq İlqar Vəlizadə deyib.

Ekspert hesab edir ki, Ermənistan ictimaiyyəti və hakim siyasi dairələri hələ də real vəziyyəti düzgün qiymətləndirə bilmir:

“Buna görə də, Rusiya əleyhinə müxtəlif bəyanatlarla çıxış edirlər. Ermənistan hakimiyyəti tərəfindən atılan addımlar Rusiyanın hakim siyasi dairələrini qıcıqlandırır. Ermənistanın indiki hakimiyyəti isə anti-Rusiya mövqeyində dayanaraq, seçkiqabağı dönəmdə öz daxili reytinqini yüksəltməyə çalışır.

Amma bu, müvəqqəti haldır. Çünki seçkilər başa çatacaq və Paşinyan hakimiyyətdə qalacaq. Bundan sonra isə işləmək lazım gələcək. İstər daxili, istərsə də xarici siyasətdə Ermənistanın əsas tərəfdaşı Rusiyadır. Bu ölkə ilə münasibətləri davam etdirmək Ermənistana hava-su kimi lazımdır”.

İlqar Vəlizadənin sözlərinə görə, Rusiya hakimiyyəti Ermənistandakı seçkilərin və eyforiyanın başa çatmasını gözləyir: “Bundan sonra Rusiya imkan tapacaq ki, Ermənistan hakimiyyətinə öz yerini göstərsin. Çox güman ki, Rusiya bunu sərt addımlar vasitəsilə həyata keçirəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA
Tramp Ukraynaya cavabdeh olanları niyə işdən çıxardı? -Radadan CAVAB

Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı