Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73449
az

Bakıda hovuz zibil quyusuna çevrilib - VİDEO

23:3701 Sentyabr, 2022
238
CƏMİYYƏT
  • A

Su hovuzunun içərisi su ilə deyil, tullantılarla doludur. Ətrafa yayılan üfunət insanları təngə gətirib.

OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindən gedir.

Gülbala Əliyev küçəsi döngə 3 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaxınlıqdakı neft çənlərinə görə sovet vaxtı həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsdədilə su hovuzu tikilib. Əvvələr hovuz işlək vəziyyətdə olub, indi isə təyinatına uyğun istifadə edilmir.

Diametri təxminən 10, dərinliyi isə 3 metrə qədər olan su hovuzuna məişət tullantıları atılır. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Üstəlik, hovuzun ətrafının çəpərlənməməsi təhlükədən xəbər verir.

Ona görə də sakinlər hovuzun sökülməsini təklif edirlər.

Məsələ ilə bağlı su hovuzun aid olduğu SOCAR-a  müraciət etdik. Qurumdan bildirildi ki, mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...