Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7344
az

İnəklərə 200 dollar təqaüd veriləcək - QƏRİBƏ SƏBƏB

19:3423 Noyabr, 2018
1070
DÜNYA
  • A
Sabah İsveçrədə inəklər və keçilərin buynuzlu olub-olmaması üçün referendum keçiriləcək.

Oxu24.com xəbər verir ki, buynuzlu heyvanların buynuzlarının kəsilməsinə qarşı olan 66 yaşlı isveçrəli fermer Armin Kapaul 9 illik mübarizəsindən sonra 100 000 imza toplayıb və mövzunun referenduma çıxarılmasına nail olub.

Fermer qeyd edib ki, heyvanları doğulduqları kimi qəbul etmək və hörmət bəsləmək lazımdır. O, inəklərin buynuzları vasitəsilə başqa heyvanlarla təmasa keçdiklərini və bədən temperaturlarını qoruduqlarını bildirib.

Seçicilər referendumda heyvanların buynuzlarının təbii olaraq uzanmasını istəyən fermerlərə dövlət dəstəyinin verilməsinə öz münasibətlərini bildirəcəklər.

Qeyd edək ki, İsveçrədə inəklərin, təxminən, 75%-nin buynuzları kəsilir və onların balaları genetik olaraq buynuzsuz doğulur. Buynuzsuz inəklər daha az yer tutduqları üçün onları bəsləmək daha ucuz başa gəlir.

Referendumdan fermerlərin lehinə qərar çıxarsa, dövlət buynuzlu inəklərə 200 dollar (340 manat) təqaüd verəcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ-dən Rusiya üzərində uçuşlarla bağlı SƏRT QƏRAR
5,8 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Rusiyada çörəkdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Azərbaycanda 15 yaşlı qız intihar etdi