Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73387
az

Telefonların donmasının qarşısını necə almaq olar?

02:3031 Avqust, 2022
236
CƏMİYYƏT
  • A

Telefonunuz bir çox səbəbdən dona bilər. Donmanın qarşısını almaq üçün nə etmək lazımdır? Bəs telefonların donmasının qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?

OXU24.COMTrend-ə istinadən tövsiyələri təqdim edir:

1) Proqram təminatında problem olub olmadığını yoxlayın

Telefonunuzun donma probleminin səbəbi bəzi avadanlıqların nasazlığı ola bilər. Telefonun isindikdən sonra donması ən çox görülən şikayətlərdən biridir. Həlllərə davam etməzdən əvvəl onu aşkar etməli və təmir üçün səlahiyyətli xidmətə göstərməlisiniz.

2) Telefonunuzu yenidən başladın

Əksər texnoloji cihazlarda olduğu kimi, smartfonlarınızda yaşadığınız donma problemi üçün əvvəlcə telefonlarınızı açıb-söndürməyə cəhd edə bilərsiniz. Cihazın yenidən işə salınması problemlərin aradan qaldırılması üçün təsirli bir taktikadır.

3) Tətbiqlərinizi yoxlayın

Telefonlarda quraşdırılmış proqramlar tez-tez telefonlarınızın sürətini azalda bilər. Arxa fonda açıq olan proqramlar RAM istehlak etdikcə telefonunuzu ağırlaşdıra bilər. Bundan əlavə, tətbiqləriniz yeni olmasa belə, tətbiqdəki problem səbəbindən cihazlarınızın işinə mənfi təsir göstərə bilər. Buna görə də, tətbiqlərin cari versiyalarına əməl etməklə ehtiyat tədbirləri görə bilərsiniz.

4) Saxlama Yerinizi Azad Edin

Telefonunuzda həddən artıq çoxlu video, foto, faylın olması proqramların işləyərkən donmasına, gec cavab verməyə və yaddaş boşluğunun limitə çatmasına səbəb ola bilər. Mümkün qədər istifadə etmədiyiniz faylları silməklə yaddaşınızı doldurmamağa diqqət edin.

5) Proqramı Tamamilə Bağlayın

Əgər proqram mobil telefonunuzda donub cavab vermirsə, proqramın bağlanması həll yolu ola bilər. Proqramı bağlamaq mümkün deyilsə, telefonu tamamilə söndürməyə cəhd edə bilərsiniz.

6) Telefonun Parametrlərini sıfırlayın

Əgər siz bütün bu həll yollarını sınamısınızsa və uğur qazana bilməyibsinizsə, telefonu sıfırlamaq daimi həll yolu təmin edə bilər. Bundan əlavə, telefonun əməliyyat sisteminin yenidən qurulması cihazınızda olan bütün məlumatların və parametrlərin silinməsinə səbəb olur.

Mümkün qədər ehtiyat nüsxəyə diqqət yetirin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram günlərində hava necə olacaq? -PROQNOZ
Azərbaycanda yeni sağlamlıq mərkəzi istifadəyə verildi
Noyabrın 7-də saat 6-dan 18-ə kimi... - XƏBƏRDARLIQ

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
32 yaşlı qadın Kürdə batdı