Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73360
az

Duqinanın qətlində ittiham olunan ikinci şəxsin adı açıqlandı

14:5629 Avqust, 2022
296
  • A

Rusiyanın Federal Təhlükəsizlik Xidməti jurnalist Darya Duqinanın qətlində iştirak etməkdə ittiham olunan ikinci şəxsin adını açıqlayıb.

Sözügedən şəxs Ukrayna vətəndaşı Boqdan Çıqanenkodur. 

Xidmətin məlumatına görə, Çıqanenko Duqinanı qətlə yetirməkdə ittiham olunan Natalya Vovku saxta avtomobil nömrələri və sənədlərlə təmin edib. Bildirilir ki, o, həmçinin Vovk ilə birgə Moskvanın cənub-qərbində avtomobil qarajında əldəqayırma partlayıcı qurğu hazırlayıb. 

Çıqanenkonun Rusiyaya Estoniya ərazisi vasitəsilə iyulun 30-u gəldiyi, Duqinanın qətlindən bir gün əvvəl isə ölkəni tərk etdiyi bildirilir. 

Xatırladaq ki, Darya Duqina avqustun 20-də Moskva vilayətində avtomobilinin partladılması nəticəsində dünyasını dəyişib. İstintaq Komitəsi qətli sifarişli hesab edib. Cinayətin Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən törədildiyi bildirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?
Tbilisidə növbəti etiraz aksiyası keçirilir

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+