Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73322
az

Azərbaycanda dəhşət: Evlərə girən maskalı şəxslər görün nə edir - VİDEO

22:5027 Avqust, 2022
507
  • A

Salyanda oğurluq üçün evlərə girib insanları dəmirlə döyürlər

Salyanda müxtəlif vaxtlarda qarət məqsədi ilə maskalı şəxslər tərəfindən 6 evə basqın edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, silsilə qarətlər rayonun Yenikənd kəndində baş verib. Son 10 gündə gecə saatlarında evlərə qarət məqsədi ilə basqın edən həmin şəxslər oyaq olan 2  ev sakininə müxtəlif xəsarətlər yetiriblər. Bəzi evlərdən pul aparıblar. Kənd sakinləri baş verən olaylardan narahat olduqlarından gecələr yatmırlar. 

Salyan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Pirverdi Cəfərov kənddə baş verən hadisə ilə bağlı APA TV-yə  bunları bildirib:

“Artıq neçə gündür ki, gecələr yatmırıq. Polis harda biz də orda. Evə basqın edən şəxslər evdən əsasən pul aparıblar. Birindən 900 manat, bir evdən 50 manat. Hətta maşından siqareti belə götürüblər. İki nəfərə xəsarət yetiriblər. Mətbəxdə olan qadına başından dəmir parçası ilə xəsaərət yetirilib. Başına 3 tikiş qoyulub. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Gecə şübhələndiyimiz şəxsin izinə düşdük onu da bir qara maşın götürüb apardı Xələcə kəndinə tərəf getdi. Saatda bəlkə 200 sürətlə sürüdü. Maşının nömrəsini götürüb verdim polisə. Sübh namazına kmi polis və sakinlərələ kəndi gəzirik.” 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov sorğumuza cavab olaraq bildirdi ki, hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var