Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73309
az

Belarus prezidentindən ŞOK AÇIQLAMALAR: “Nüvə silahı daşıya bilən döyüş təyyarələrimiz hazırdır”

18:2127 Avqust, 2022
216
DÜNYA
  • A

Əgər problem yaradacaqlarsa dərhal cavab veriləcək ...
Belarus prezidenti Aleksandr Lukaşenko dünyanı narahat edən açıqlama verib.

Musavat.com xəbər verir ki, Lukaşenko ölkəsinə məxsus döyüş təyyarələrində dəyişikliklər edildiyini, SU-24 tipli döyüş təyyarələrinin artıq nüvə silahı daşıya biləcəyini bildirib.

“Onlar (Qərb) anlamalıdırlar ki, gərginliyi artırmağı seçsələr, heç bir helikopter və ya təyyarə onları xilas edə bilməyəcək”, - deyə Lukaşenko bildirib.

Rusiya-Ukrayna müharibəsi davam edərkən Belarus prezidenti Aleksandr Lukaşenkonun bu açıqlamaları bir çöx ölkəni narahat edib.

“Belta” xəbər agentliyinin məlumatına görə, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə Belarus döyüş təyyarələrinin modernləşdirilməsi ilə bağlı razılıq əldə etdiyini bildirib.

Без названия (3).jpg (132 KB)

Rusiyanın yaxın müttəfiqi olan Belarusun nüvə silahı yoxdur. Lukaşenko nüvə silahının Moskvadan Belarusa daşınmasının necə həyata keçiriləcəyi barədə məlumat verməyib.

Lukaşenko Belarusla həmsərhəd olan və NATO üzvü olan Polşanın yaratdığı təhdidlərdən də danışəb. Varşavadakı siyasətçilərdən fərqli olaraq Polşa ordusunun Minskin istənilən gərginliyə necə cavab verə biləcəyini anladığını qeyd edib.

"Belarusla gərginlik yaratmaq, nüvə silahına malik (Rusiya-Belarus) İttifaq dövlətinə qarşı gəlmək deməkdir, ki, bu da ağıllı fikir deyil. Əgər problem yaradacaqlarsa dərhal cavab veriləcək", - deyə Lukaşenko bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avstraliyada zəlzələ oldu
Kiyevə dördüncü səfərini etdi
Fətullah Gülən öldü

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
İtkin düşən 8 nəfər tapıldı