Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində yaşayan sakinlər kütləvi şəkildə etiraz ediblər.
Oxu24.com-a daxil olan məlumata görə, sakinlər yolu bağlayıb. Sakinlərin etirazına səbəb yaşayış kompleksində elektrik enerjisinin, suyun və qazın verilişinin dayandırılması olub.
Hadisə ilə bağlı AAAF Park Yaşayış Kompleksi də məlumat yayıb. Məlumatda "AAAF Park Yaşayış Kompleksində elektrik enerjisinin verilməsində yaranan fasilələrin səbəbi əslində Xırdalan şəhərinin ümumilikdə içində olduğu enerji böhranıdır." deyə qeyd olunub.Konkret AAAF Park Yaşayış Kompleksindəki kommunal problemlər, daha dəqiq desək, qovşaqlarda və paylayıcılarda yaşanan qəzalar elektrik enerjisinin ümumi olaraq kompleksə normadan zəif gərginliklə daxil olması, tələbat və istehlakın isə mövsümlə əlaqədar olaraq normadan artıq olması səbəbindən baş verir. Bu da nəticədə yaşayış massivinin müəyyən hissələrində elektrik enerjisi təminatında fasilələrə gətirib çıxarır.
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR