Dırnaqların soyulması yayılmış problemdir. Bunun səbəbləri müxtəlif ola bilər:– kimyəvi vasitələrdən (məişət kimyası, boyalar və s.) tez-tez istifadə etmək. Bu xüsusilə qadınlara aiddir ki, qadınlar tez-tez müxtəlif yuyucu vasitələrdən və isti sudan istifadə edir.
– pis və keyfiyyətsiz manikür, ucuz dırnaq boyalarından istifadə, dırnaqların uzadılması və s.
– peşə ilə bağlı travmalar (musigiçilərdə, kompüterdə mətn yığanlarda və s.).
– düzgün olmayan qidalanma, orqanizmdə vitamin, mineral və zülalların çatışmazlığı.
– dırnaqlarda göbələk infeksiyası.
– bəzi daxili xəstəlik və pozulmalar (qaraciyər, qalxanvari vəzi xətəlikləri, şəkərli diabet, qanazlığı və s.).
Bu problemi həll etmək üçün ilk növbədə qidalanmaya fikir vermək, sağlam və tamdəyərli qidalanmaq, kifayət qədər su içmək lazımdır. Bundan əlavə mütəxəssislər dırnaqların soyulmasından əziyyət çəkənlərə bu kimi məsləhətlər verir:
– kimyəvi vasitələr və isti su ilə təmasda olanda əlcək taxın.
– dırnaqlarınıza ucuz boya çəkməyin, asetondan istifadə etməyin. Xüsusi qoruyucu, vitaminli boyaları seçin.
– şellak və dırnaqların süni yolla uzadılmasından uzaq olun.
– dəmir dırnaq “pilka”lardan deyil, şüşə və ya keramik “pilka”lardan istifadə edin.
– hər gün dırnaqlar üçün dəniz duzu ilə vannalar edin.
– dırnaqlara küncüt yağı çəkin. Kalsiumla zəngin olan küncüt yağı dırnaqları çox yaxşı möhkəmləndirir.
– həkimlə məsləhətləşdikdən sonra dəri, saç və dırnaqlar üçün xüsusi vitamin-mineral kompleksini qəbul edin.
Adətən sadaladığımız tədbirlər kömək edir və dırnaqların vəziyyəti bir müddətdən sonra yaxşılaşır. Lakin bu baş vermirsə və dırnaqların vəziyyəti daha da pisləşirsə mütləq həkimə müraciət edin. Oxu24.com
ŞƏRHLƏR