Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7312
az

Ən asan pul qazanmaq yolu: bunu edib 95 manat alırlar - İnsanlara İNANILMAZ TƏKLİF

18:4022 Noyabr, 2018
979
  • A
Fransanın Sant-Antuan adlı araşdırma mərkəzi fekal transplantasiya üçün donorlar axtarır.

Fekal transplantasiya nədir?

Oxu24.com xəbər verir ki, hələ qədim Çində bu tibbi prosedur ölümcül xəstələrə, zəhərlənənlərə tətbiq olunardı. Hərtərəfli sağlam insanın nəcisi su ilə qarışdırılıb xəstəyə yedirilərdi.

Bu gün də fransız alimləri Qədim Çinin ən ağılagəlməz müalicə üsuslu fekal transplantasiyanı yenidən tibbə gətirmək niyyətindədirlər.

Əgər Fransada yaşayırsınızsa, kifayət qədər sağlamsınızsa, Sant-Antuan Hospitalına gedin. Qan analizləri verəndən sonra heç bir xəstəliyiniz aşkarlanmazsa, elə xəstəxananın tualetində xaric edəcəyiniz nəcisin müqabilində 50 avro (təxminən 95 manat) bəxşiş alacaqsınız. Həmçinin tibb elminə də böyük dəstək göstərmiş olacaqsınız.Doğrudur bu fikir hələ ki, fransızların özləri tərəfindən də qəhqəhə ilə qarşılanıb, amma buna baxmayaraq fekal transplantasiyanın sonsuz sayda faydası da tədqiq olunub. Xatırladaq ki, donor olmaq üçün yaş həddi 18-49 arasındadır.

Fransız alimləri ictimaiyyətə ünvanladıqları çağırışda “Dünya tibbini məhz sizin nəcisiniz yerindən oynada bilər” deyirlər. Onlar hesab edirlər ki, bu üsul indiyədək müalicəsini tapmayan bir sıra xəstəliyə dəva olacaq.

Fekal transplantasiya, yəni sağlam insanın nəcisinin bir sıra prosedurdan sonra xəstələrə yedirilməsi bir sıra mədə xəstəlikləri, infeksiyalar, piylənmə və autizm kimi xəstəliklərin müalicəsində inqilab yarada biləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


220 kiloluq repçi sürücünü məhkəməyə verdi
Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi