Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda meşə massivində yanğın başlayıb

CƏMİYYƏT

201

16.08.2022, 13:01

Xaçmaz rayonunda yanğın baş verib.

OXU24.COM  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində qeydə alınıb.

Hadisə təxminən 6 hektar ərazidə biçilmiş taxıl sahəsi və meşə təsərrüfatına aid ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.