Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7302
az

Dəm qazından ölməmək üçün nə edək? - Ekspert vacib məqamları açıqladı

14:1822 Noyabr, 2018
866
CƏMİYYƏT
  • A
Gəncədə baş verən faciəvi hadisədən sonra binalarda təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Qaydalara əsasən tikinti aparılan ərazidə alçaq təzyiqli qaz kəməri keçirsə, binanın fundamentindən 2 metr, orta təzyiqlidirsə 4 metr, yüksək təzyiqlidirsə 7 metr dərində olmalıdır. Çox təəssüf ki, belə məsələlərə ciddi riayət edilmir, kim harda gəldi, necə gəldi tikinti aparır, əlaqədar qurumlar tikintiyə lazımi qaydada nəzarət etmir, nəticədə belə ağır faciələr yaşanır.

Ən pisi də odur ki, baş verən bədbəxt hadisələrin əksəriyyəti məhz insanların səhlənkarlığı üzündən baş verir. Öz məsuliyyətsizliyimiz, səhlənkarlığımız başımıza bəla açır. Tikintilər aparılarkən layihələr bütün müvafiq qurumlarla razılaşdırılmalıdır. Qaz kəmərləri vaxtaşırı yoxlanmalıdır, nasaz kəmərlər təmir edilməlidir. Bu məsələlərlə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, binalarda, ictimai yaşayış evlərində, bütün dövlət və özəl müəssisələrdə, təhsil, səhiyyə, biznes mərkəzlərində təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına, FNH-in yanğın təhlükəsizliyi təlimatlarına riayət etmək lazımdır: “Əgər yaşayış, yaxud qeyri-yaşayış yeri yeni tikilirsə, qazla bağlı olan təhlükəsizlik tədbirləri bünövrədən nəzərə alınmalıdır. Hazır olan, illərdir insanların istifadəsi üçün istismara verilən yaşayış binalarında isə binanın məxsus olduğu qurum tərəfindən qazla bağlı təhlükəsizlik tədbirləri görülməklə yanaşı, orada yaşayan sakinlər tərəfindən də evlərdə qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Birincisi, özbaşına qaz qurğularına müdaxilə etmək, hər hansı təmir işləri aparmaq və ən əsası standartlara uyğun olmayan, qeyri-metal borular ilə mənzilə qaz xətti çəkmək yolverilməzdir. Hər bir şəxsin mənzildə əməl etməli olan təhlükəsizlik qaydaları var ki, hər hansı bədbəxt hadisə ilə qarşılaşmasın”.
Onun sözlərinə görə, hər gün səhər, günorta və axşam evin havasını dəyişmək, qazdan istifadə zamanı, yəni qazı yandırarkən evdə qazın sızma ehtimalının olmamasına əminlik lazımdır: “Evdə qaz iyi hiss etdikdə, qapı-pəncərəni açmaq, alışqandan və elektrik cihazlarından istifadə etməmək lazımdır. Evdə qaz cihazı işləyə-işləyə evi tərk etmək olmaz. Bəzən qaz yanan otaqda tez alışan, partlamaya meyilli maddələr qoyulur ki, bu da yolverilməzdir. Qaz cihazının üzərində ip vurub paltar qurudanlar da olur, evdə qaz yanarkən pəncərənin nəfəsliyini bərk bağlayanlar da olur ki, bunlar təhlükəsizlik baxımından yolverilməzdir”.

Ekspert bildirdi ki, qazdan əsasən qış aylarında, havalar soyuyanda daha çox istifadə edildiyindən evlərdə tüstü bacalarının təmizlənməsinə ehtiyac yaranır:

"İldə azı bir dəfə tüstü bacaları təmizlənməlidir. Hamam otaqlarında nəfəslik olması və qapının aşağı hissəsində içəri hava keçməsi üçün deşiklər olmalıdır. Yoxsa qazın yanması zamanı düzgün yanma getməzsə, dəm qazı yarana bilər və bu da insan həyatı üçün təhlükəlidir. Dəm qazı iysiz, dadsız və rəngsizdir deyə onu hiss etmək olmur. Baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq onun əlamətləridir. Yaxşı olar ki, ictimai yaşayış binalarında təbii qazdan istifadə ilə bağlı cavabdeh şəxslər olsun və onlar aidiyyəti qurumlar tərəfindən yoxlamadan keçmiş və işləməsinə icazə verilən şəxslər olsun ki, bu şəxslər binalarda sakinləri qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə maarifləndirsin və nəzarət etsin”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ