Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73010
az

Elon Maskdan ŞOK AÇIQLAMA: İnsan beyninə çiplərin yerləşdirilməsi...

14:4715 Avqust, 2022
176
  • A

İnsan beyninə çiplərin yerləşdirilməsi əlilliyi olan insanlara kömək edə bilər.

 OXU24.COM bildirir ki, bu barədə "Tesla" və "Neuralink"in yaradıcısı İlon Mask Çinin "China Cyberspace" jurnalı üçün məqaləsində yazıb.

Mask, "Neuralink"in sinir çiplərinin indi hər bir halda ciddi şəkildə yaralanan insanlara kömək etdiyini söyləyib. Nümunə olaraq o, motosikletlə qəzaya uğrayan, indi təkbaşına yemək yeyə bilməyən 25 yaşlı gəncdən danışıb. İş adamı izah edib ki, bu halda çip travmatik beyin zədələrini müalicə etmək və ya yüngülləşdirmək üçün proqramlaşdırılacaq.

Yeni texnologiya həm də onurğası zədələnmiş insanlarda ətrafların funksiyasını bərpa etməyə kömək edə bilər. Bundan əlavə, psixi pozğunluqların müalicəsində istifadə edilə bilər. Çiplər həmçinin iflic olan insanlara kompüter və smartfonlarla işləmək üçün beyinlərindən istifadə etməyə kömək edəcək.

"Uzun müddətdə beyin-kompüter interfeysinin inkişafı ilə bu texnologiya xarici dünya ilə insan beyni arasında əlaqə kanallarını genişləndirəcək, beynin digər sahələrinə və yeni sinir məlumatlarına çıxış əldə edəcək", - Mask yazıb.

Biznesmen hesab edib ki, onun şirkətlərinin texnologiyaları bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmağa kömək edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Kanadanın Baş naziri istefasını açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı