Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73005
az

Azərbaycan separatçılara qarşı növbəti dəfə HƏRƏKƏTƏ KEÇDİ – Bu dəfə Gürcüstan…

23:1614 Avqust, 2022
182
CƏMİYYƏT
  • A

"Separatizm və işğaldan əziyyət çəkən Gürcüstandan fərqimiz budur ki, işğala son qoymaq məqsədilə hərəkətə keçdik, uğurlar qazandıq, separatçıları cəzalandırdıq və prosesi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində irəliyə aparırıq".

OXU24.COM teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Gürcüstanın Abxaziya bölgəsində müharibənin başlamasından 30 il ötdüyünü bildirib:

"1991-ci ildə SSRİ-nin dağılmasıyla Abxaziya separatçıları Gürcüstandan ayrıldıqlarını elan etdilər. Tiflislə Suxumi arasında danışıqlar nəticə vermədi və silahlı qarşıdurma başladı. Gürcüstanın yeni yaradılan ordu bölmələri və könüllü dəstələr separatizmə qon qoymaq məqsədilə 1992-ci il avqustun 14-də Abxaziyanın ərazisinə daxil oldular. Gürcü ordu birlikləri müharibənin ilk aylarında başda bölgənin mərkəzi Suxumi olmaqla Abxaziyanın böyük hissəsini separatçılardan təmizlədi. Ancaq daha sonra abxaz separatçıları Rusiyanın gizli və açıq dəstəyi ilə əks-hücuma keçərək bölgəni işğal etdilər.

Müharibə iki il çəkdi, təxminən 16 min insan həlak oldu, bunun 10 mini gürcü idi. Müharibəyə qədər Abxaziyada yaşayanların təxminən yarısı gürcüydü, işğal zamanı onlar bölgədən qovuldular. Rusiya sülhməramlılar adı altında Abxaziyada hərbi bazalarını formalaşdırdı. 1990-cı illərin sonuna qədər BMT çərçivəsində danışıqlar aparıldı, nəticə vermədi. 1999-cu ildə Abxaziyada "müstəqillik referendumu" keçirildi. Bununla da separatçılar faktiki Tiflislə danışıqları dayandırdılar. Rusiya 2008-ci ildə Abxaziyanın "müstəqilliyini" tanıdı".

Elxan Şahinoğlu Azərbaycanın da qonşu Gürcüstan kimi separatizmdən əziyyət çəkdiyini söyləyib:

"Ssenari tanışdır - SSRİ-də "Yenidənqurma" ilə başlayan separatizm, "müstəqillik referendumu", Rusiyanın dəstəyi ilə həyata keçirilən işğal, etnik təmizləmə, böyük qaçqın axını, sülhməramlıların yerləşdirilməsi və s. Biz də bunları yaşadıq. Amma fərqimiz ondadır ki, işğala son qoymaq məqsədilə hərəkətə keçdik, uğurlar qazandıq, separatçıları cəzalandırdıq və prosesi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində irəliyə aparırıq (rusiyalı sülhməramlıların vaxtları bitdikdən sonra Qarabağı tərk etmələri əsas hədəflərimizdən biridir), Gürcüstan isə qeyri-müəyyən dövrə qədər gözləmək məcburiyyətindədir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı