Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72988
az

Bakıda doğulan beşəmlərdən ikisinin vəziyyəti çox ağırdır - Açıqlama

18:4413 Avqust, 2022
113
CƏMİYYƏT
  • A

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib.

Qurumdan OXU24.COM-a verilən məlumata görə, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib.

Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub. 

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan "Curosurf" preparatı yeridilib.

Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə "Cross-match" uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. 

İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Qeyd edək ki, körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. 

Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN
Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO