Türkiyənin Malatya şəhərində ağır yol qəzası baş verib.
Oxu24.com xəbər verir ki, mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada 7 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım və fövqəladə hallar əməkdaşı cəlb olunub.
Avtomobilin cənazə və yaxınlarını daşıdığı məlum olub.
Oxu24.com
ŞƏRHLƏR