Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72927
az

Dənizə çirkab suların axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA

23:4409 Avqust, 2022
140
CƏMİYYƏT
  • A
Bilgəh qəsəbəsi ərazisindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
OXU24.COM  xəbər verir ki, idarə rəisi Nazim Mahmudov bildirib ki, axardan götürülmüş su nümunəsi üzərində aparılan laborator təhlillərin nəticəsinə görə, ərazidə formalaşan çirkab suların məişət-fekal tərkibli olduğu müəyyən olunub.
 
“Monitorinq zamanı ərazidəki drenaj kollektora müxtəlif yerlərdən qoşulmaların olduğu və formalaşan çirkab suların təmizlənmədən dənizə axıdıldığı aşkarlanıb”.
 
N.Mahmudov qeyd edib ki, tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınaraq “Azsu Ekoloji Qurğu” MMC-nin balansında olan çirkab sutəmizləyici qurğuya yönəldilib. Ərazinin nəzarətdə saxlanılması üçün aidiyyəti qurumlara müraciət olunub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi