Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72924
az

Yayda isti çay içməyin faydaları

22:2509 Avqust, 2022
283
  • A

İsti havalarda su balansınıza nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir.

Belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışırıq. Lakin diyetoloqlar belə qidalardan sui-istifadə etməyi məsləhət görmür. Soyuq su içdiyiniz və ya desert yediyiniz zaman bədən temperatur fərqini kompensasiya etmək üçün qızmağa başlayır. Bu, günəş vurmasına səbəb ola bilər. Odur ki, əks təsirə səbəb ola biləcək isti çaya üstünlük vermək daha məqsədəuyğundur.

OXU24.COM publika.az-a istinadla oxucuları isti çayın faydaları ilə tanış edir.

- Sərinləməyə kömək edir

Çay içərkən tərləmə sürəti çox artır, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin tər mühüm funksiyanı yerinə yetirir. Tər dəridə buxarlanaraq orqanizmin soyumasına kömək edir.

- Maddələr mübadiləsini yaxşılaşdırır

Bir çox Asiya ölkələrində yeməklə isti içkilər içmək ənənədir. Xüsusilə yay aylarında bu faydalı vərdişi istifadə etməyə dəyər. Bu, vitaminləri mənimsəməyə kömək edir, həmçinin bədəndə artıq suyun tutulması ilə mübarizə aparır.

- İnfeksiyalarla mübarizə aparır


İsti çay immunitetimizi gücləndirə bilər. Koronavirus infeksiyası hələ davam edir, odur ki, immuniteti gücləndirmək təkcə qışda deyil, yayda da faydalı olacaq.

- Reproduktiv sağlamlıq problemlərinin qarşısını alır

Menstruasiya pozğunluğuna səbəb ola bilən soyuq içkilərdən fərqli olaraq, ilıq çay menstruasiyaya müsbət təsir edir və orqanizmdə qan dövranını yaxşılaşdırır.

- Arıqlamağa kömək edir

Çayın tərkibində flavonoidlər var. Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı