Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72905
az

Azərbaycanda karantin sərtləşdiriləcək? - AÇIQLAMA - VİDEO

14:2009 Avqust, 2022
175
  • A

"Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər".

OXU24.COM  xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: "Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər".

Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb: "Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır".


Qeyd edək ki, son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Ölkədə yeni yoluxma sayı 500 nəfərə çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu