Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
729
az

Hakim fasilədə penalti verdi - ŞOK

14:1217 Aprel, 2018
1263
DÜNYA
  • A
 Almaniyanın “Maynts” klubunun Bundesliqanın XXX turunda “Frayburq”la görüşü zamanı maraqlı hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, ilk hissədən sonra paltardəyişmə otağına yollanan futbolçular referi Quido Vinkmanın göstərişi ilə dərhal geri qayıdıblar.

Belə ki, videotəkrara baxan hakimlər “Frayburq”un cərimə meydançasında topun rəqib futbolçunun ələ toxunmasını və bunun qayda pozuntusu olduğunu qeydə alıblar.

Nəticədə qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Pablo De Blasis komandasının fasiləyə 1:0 hesabı ilə öndə yollanmasını təmin edib. Argentinalı futbolçu ikinci hissədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib – 2:0.

Lakin oyun zamanı daha bir hadisə baş verib. “Maynts” azarkeşləri oyunlarının iş günü – bazar ertəsi keçirilməsinə etiraz əlaməti olaraq fasilədə meydançaya tərəf tualet kağızları atıblar. Həmin kağızların yığışdırılması vaxt apardığından, ikinci hissənin başlanması yubanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur şahmatçı qazandığından çox vergi ödədi
Messiyə mum heykəl qoydular - VİDEO - FOTO
Vinisius ən yaxşı seçildi

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı