Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72858
az

Əllərin keyiməsinin təhlükəli səbəbləri açıqlandı

21:3707 Avqust, 2022
247
  • A

Səhər saatlarında əllərin uyuşması kifayət qədər ümumi problemdir. Bu hər gün baş verirsə narahatlığın bir neçə səbəbi ola bilər.

Bu barədə rusiyalı nevroloq Yana Kuşnir bildirib.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, həkimin fikrincə, uyuşmanın ən çox görülən səbəbi onurğanın boyun hissəsində degenerativ-distrofik dəyişikliklər, fəqərəarası yırtıq, sinir sıxılmaları səbəb ola bilər. Bundan başqa B12 vitamini, fol turşusu çatışmazlığı, anemiya da kiçik damarların qidalanmasının pozulması ilə nəticələnir, nəticədə ətrafların uyuşması baş verir.

Kuşnir bəzi hallarda ətrafların, xüsusən də barmaqların uyuşmasının damar fəlakətini göstərə biləcəyi barədə xəbərdarlıq edib.

"İnsult zamanı əllərin uyuşmasının baş verə biləcəyini unutmamaq lazımdır. Bir də kifayət qədər nadir bir xəstəlik də var - polineyropatiya (vücuddakı sinirlərin funksiyasının itməsinə səbəb olan xəstəlik) və xroniki iltihablı demiyelinləşdirici polineyropatiya (sinirin şişməsinə və ya iltihabına səbəb olan nevroloji xəstəlik). Bu xəstəliklə həm əllər, həm də ayaqlar uyuşur. Tədbir görülməsə, xəstəlik irəliləyəcək və simptomlara taqətsizlik əlavə oluna bilər", - deyə nevroloq xəbərdarlıq edib.

Həkim qeyd edib ki, əgər uyuşma səhərlər daimi yol yoldaşına çevrilibsə, o zaman nevroloqun konsultasiyası lazımdır, burada özünümüalicə kömək etməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı