Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72762
az

"Qarabağ" italiyalı hücumçunu alır? - AÇIQLAMA

19:5004 Avqust, 2022
282
İDMAN
  • A

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ"ın italiyalı hücumçu Manuel Puççuarelliyə təklif göndərdiyi barədə xəbərlər yayılıb.

İnformasiyanı İtaliya mətbuatı tirajlayıb. Məlumatda Ağdam təmsilçisinin 31 yaşlı forvarda təklif göndərdiyi qeyd olunub.

Mövzu ilə bağlı "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında bu məlumatın həqiqəti əks etdirmədiyini söylədi:

"Bu, həqiqətə uyğun informasiya deyil. Ola bilər ki, həmin futbolçuya Azərbaycanın hansısa klubu təklif göndərib, ancaq bu, "Qarabağ" deyil".

Maraq üçün qeyd edək ki, "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara" klublarında, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" komandasında da çıxış edib. O, son olaraq Avstraliya "Melburn"unun uğurları üçün çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Olimpiya oyunlarında ilk dünya rekordu qeydə alındı
"Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb
Konfrans Liqası: “Sumqayıt”, “Zirə” və “Sabah” mübarizəyə başlayır

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ