Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72732
az

Müdafiə Nazirliyi daha bir açıqlama yayıb

00:0704 Avqust, 2022
755
CƏMİYYƏT
  • A

Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə təkrarən qayıtma iddiası ilə sosial şəbəkələrdə çıxış edən vətəndaş Şahverdiyev Nemət Vəli oğlu ilə bağlı müraciəti cavablandırıb.

Nazirlikdən Oxu24.coma-a daxil olan məlumatda deyilir:

"Ehtiyatda olan baş leytenant Şahverdiyev Nemət Vəli oğlu 07 avqust 2016-cı ildən 13 iyul 2020-ci ilədək Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Hərbi xidmətdə olduğu dövrdə Müdafiə Nazirliyinin rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq N.Şahverdiyev xidmət zamanı smartfon tipli telefondan istifadə etmiş və hərbi hissənin ərazisində hərbi texnikanı, eləcə də hərbi qulluqçuları əks etdirən foto-video görüntülər çəkərək öz şəxsi sosial şəbəkə hesablarında paylaşıb. Bununla bağlı hərbi hissə komandanlığı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq N.Şahverdiyev nizamnaməyə zidd hərəkətlərini davam etdirib.

"Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən N.Şahverdiyev 13 iyul 2020-ci ildə ehtiyata buraxılmışdır.
Vətəndaş N.Şahverdiyevin Müdafiə Nazirliyinə ünvanladığı ərizələrinə baxılaraq ona rəsmi qaydada dəfələrlə cavab verilib.

Onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması ilə bağlı müvafiq xüsusi yoxlama tədbirləri həyata keçirildikdən sonra N.Şahverdiyevin ordu sıralarına qayıtması məqsədəuyğun hesab edilməyib.

Bir daha bildiririk ki, vətəndaş N.Şahverdiyev xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə onun təkrarən xidmətə qəbul olunması məqsədəuyğun hesab edilməyib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu