Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
727
az

“Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim”

13:4517 Aprel, 2018
1490
KRİMİNAL
  • A
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal"  qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.  

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısının istəyi ilə S.Məmmədsalayevanın ifadəsi elan edilib. Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə "Ədalət"  qəzetində, 2006-2013-cü illərdə "Haqqın səsi" qəzetində, sonra isə "Bizim Dövr" qəzetində qeyri-rəsmi işlədiyini deyib:

"2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edildim. Həbsimin səbəbkarı Surxay və Hikmətdir. Boşanandan sonra A.Quliyev (şərti) ilə sevgi münasibətləri yaşamışam.  Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, sevgilimlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib sonra şantaj edərək pul alacağımızı dedi. Surxay mənə tapşırdı ki, rayonların birində vəzifə tutan şəxslə görüşüb intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedilər.

Daha sonra paytaxtda vəzifədə işləyən başqa bir şəxslə münasibət qurdum. O, mənə "Whatsapp"da intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. Onu şantaj edib 10 min manat almışdı. Mənə də min vermişdi. Bunu Surxay deməsə də, həmin adam özü mənə demişdi".

Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib və həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğu üçün hakimin göstərişi ilə iclas qapalı keçirilib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı