Çin Xalq Azadlıq Ordusu Tayvan adasının ətrafında bir neçə ayrı bölgədə hərbi təlimlər keçirəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, adanın ətrafında keçiriləcək təlimlər avqustun 4-dən 7-dək davam edəcək.
Qeyd edək ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvanın paytaxtı Taybeydə səfərdədir.
Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bunu Çin Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, ABŞ-ın hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış mesaj verir:
“Tayvan hakimiyyətinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.
Eyni zamanda Çin Tayvan adasının şimalında – Çinin şərqindəki Çjetszyan əyaləti avqustun 3-5-də Şərqi Çin dənizində dəniz atəşi təlimləri keçirəcək. Bu barədə çərşənbə axşamı əyalətin Dəniz İşləri İdarəsi məlumat yayıb.
Bundan başqa, Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığı bildirib ki, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.
Oxu24.com
ŞƏRHLƏR