Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72635
az

Payızda limitlər ləğv olunacaq? - AÇIQLAMA

22:0101 Avqust, 2022
217
REDAKTORUN SEÇİMİ
  • A

Son vaxtlar ölkədə bahalaşmanın davam etməsinə baxmayaraq, gözlənilən sosial paket təqdim olunmadı.Yəni maaş, pensiya, sosial müavinətlər artırılmadı. Bazarda isə mövcud qiymət artımı ilə yanaşı, kommunal xidmətlərlə bağlı da xərclər artıb. Limitin tətbiqi əhalinin xərclərini daha da artırır. Ekspertlərin fikrincə, Azərbaycanın milli sərvəti olan, kənardan idxal etmədiyimiz, neft, qazın qiymətini ucuzlaşdrmaqla  əhalinin kommunal xərclərini yüngülləşdirmək olardı. Məsələn, elektrik, qaz, ümumiyyətlə, bütün kommunal xidmətlər üzrə tarifləri azaltmaq mümkündür.Qeyd edək ki, qarşıdan payız-qış mövsümü gəlir və bu dövrdə daha çox yanacağa ehtiyac var.

 

Mövcud bahalıq, yeni sosial paketin təqdim edilmədiyi şəraitində əhalinin problemlərini yüngülləşdirmək üçün limitin aradan qaldırılması yenidən gündəmə gələ bilərmi?

 

Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, büdcədə nəzərdə tutulan müəyyən məsələlər var ki, bunlar əmək haqlarının, müavinətlərin artırılması, sosial layihələrin həyata keçiriməsidir:

 

“Fikrimcə, qarşıdakı aylarda mütləq bununla bağlı sosial paket həyata keçirilməlidir. Cənab Prezident də son çıxışlarında bildirdi ki, sosial layihələr mütləq davam etdiriləcək. Sosial paketə daxil olan məsələlər mütləq öz təsdiqini tapmalıdır. Buna heç bir şübhə ola bilməz. Çünki büdcədə artıq nəzərdə tutulub. Əgər büdcədə nəzərdə tutulubsa, ola bilsin ki, sentyabr, oktyabr ayında sosial layihələr həyata keçiriləcək”.

 

Limitin ləğv olunması məsələsinə gəldikdə isə millət vəkili bu barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb:

 

“Bu, hökumətin qərarından asılı olacaq. Milli Məclisin son iclasında bəzi millət vəkilləri tərəfindən limitin ləğv olunması məsələsi qaldırılmışdı. Ancaq hökumətin qarşısına tapşırıqlar qoyulub və əgər hökumət vacib görərsə, bunları yerinə yetirəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü