Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72586
az

Beyin Gücünü 10 Dəfə Artırır - Mütləq Edin!

11:2231 İyul, 2022
476
MARAQLI
  • A

Evinizin açarını hara qoyduğunuzu tez-tez unudursuz? Yaxud da marketdə alacağınız şeylərin siyahısı heç cürə hafizənizdə qalmır?

Yaddaş zəifləməsini insanların çoxu ciddiyə almır. Bunu gündəlik qayğı və problemlərlə əlaqələndirirlər. Lakin illər keçdikcə bu hallar arta və sizi xoşagəlməz vəziyyətə sala bilər.

Bəs yaddaşımızı zəiflədən səbəblər nələrdir? Onu necə gücləndirə bilərik? Bu günki videomuzda yaddaşınızı gücləndirəcək çox dəyərli və sınanmış üsullar ilə tanış olacaqsınız. Diqqətiniz bizdə olsun.

Yaddaşa mənfi təsir edən başlıca amil az yatmaqdır. Yuxusuzluq sinir sisteminin işini pozduğu kimi hafizəmizə də hücum edir. Əksər elmi araşdırmalar hafizə pozğunluğunu birbaşa yuxu rejimi ilə əlaqələndirir. Üstəlik yuxusuzluq və az yatmaq hafizədən başqa insanın konsentrasiyasına da pis təsir edir. Yaddaş pozğunluğu, fikir dağınıqlığı yuxusuzluğun əsas göstəriciləridər.  Ekspertlər insanın gün ərzində ən azı 7-9 saat yatmalı olduğunu bildirir. Əgər gün ərzidnə 5-6 saatlıq yuxu ilə kifayətlənirsinizsə, yaddaş pozğunluğu gec tez sizin üçün problemə çevriləcək. Məhz bu səbəbdən yuxu rejimizizə diqqət etməlisiniz.

Yaddaş probleminin həlli üçün bəzi qidalar xüsusilə effektivdir. Bəzi qidalar var ki, sinir sistemine antibiotic təsiri göstərir. Və eyni zamanda stressi də aradan qaldırır. Xüsusilə gündəlik qida rasionuna bitki çayları, zərdəçal, meyvə və tərəvəz daxil etmək şərtdir. Bir elmi araşdırmada bu cür qida rasionu olan şəxslərin digərlərinə nisbbətən yaddaşının 64 faiz güclü olduğunu göstərir. Antioksidant qidalar da yaddaşa güclü təsir göstərir. Bu tərkibli qidalara bütün növ giləmeyvələr daxil edilir. Çiyələk, böyürtkən, moruq, qarağat kimi giləmeyvələrəri mütəxxəsislər mütəmadi olaraq istehlak etməyi məsləhət görür. İti hafizə üçün zərdəçal, yəni sarıkök də çox faydalıdır. Xüsusilə zərdəçalın qadınların hafizəsinə effektiv təsir etdiyi bildirilir.

Yaddaşa mənfi təsir edən amillərdən biri də yod çatışmazlığıdır. Əgər sizin orqanizminizə kifayət qədər yod daxil olmursa, ona mütləq hafizənizdə problemlər özünü göstərəcək. Yod çatişmazlığını aradan qaldırmaq üçün apteklərdə satılan müxtəlif yod tərkibli qida əlavələrinə müraciət edə bilərsiniz. Lakin bunu etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Yaddaşımıza rafinə olunmuş şəkər tərkibli qidalar da mənfi təsir göstərir. Müxtəlif növ şirniyyatlar, ağır tərkibli peçenyelər, vaflilər, tortlar, müxtəlif qənnadı məmulatları insan hafizəsinin düşmənidir. Bundan başqa ağ çörək də yaddaşa pis təsir edir.  Müasir dövrümüzdə hazırlanan çörəklərin əksəriyyəti qlüten tərkiblidir. Qlüten isə yüksək qlisemik indeksə sahibdir. Bu isə o deməkdir ki, bu çörəklərin qəbulundan sonra qanda şəkər səviyyəsi sürətlə yüksəlir.

Yaddaşınızın yaxşı olması üçün çəkinizə də mütləq nəzarət etməlisiniz. Müasir dövrümüzün əsas bəlalarından biri olan artıq çəki insanların hafizə və sinir sisteminə də mənfi təsir edir. Son araşdırmalar göstərir ki, artıq şəkidən əziyyət çəkənlər digərlərinə nisbətən daha unutqan olur. Passiv həyat tərzi, idmandan uzaq qalmaq artıq çəkiyə, artan çəki isə sinir və yaddaş problemlərinə səbəb olur. Siz çəkinizə nəzarət etməklə hafizə sisteminizi də qoruya bilərsiniz.

Yaddaşımız yaxşı təsir edən amillərdən biri də D vitaminidir. Bu vitamin orqanizin əsas enreji mənbəyidir. Bir növ bədən üçün lokomotiv rolunu oynayır. D vitamin immun sistemini gücləndirməklə yanaşı yaddaşımıza da müsbət təsir göstərir. Təbii şəkildə D vitaminini günəş şüalarından ala bilərik. Günlük 15-20 dəqiqə günəş altında olmaq orqanizmin D vitamin tələabatını ödəməyə kifayət edir. Lakin qış aylarında günəşin şüalarının yetəri qədər olmaması da bizə əngəl ola bilməz. Bu halda D vitaminini apteklərdən rahatlıqla əldə edə bilərik.

Fiziki hərəkət beyini böyüdür. Həqiqətən də belədir - hərəkət etdikdə beynimiz böyüyür. Hərəkət beyndə daha çox əlaqənin yaranmasına səbəb olur və əlavə hüceyrələr əmələ gəlməsinə yardımçı olur.

Sağlam ürək-damar sisteminə sahib olmaq həm də beyini daha çox oksigen və qlükoza ilə təmin etmək və zərərli toksinləri çıxarmaq deməkdir.

Açıq havada idman etmək isə daha da faydalıdır - bu zaman daha çox vitamin D qəbul etmiş olursunuz.

Beyninizi bəsləmək üçün düzgün qidalar qəbul edin/

Qəbul etdiyimiz şəkər və enerjinin təxminən 20 faizi beynimizə gedərək, beyin fəaliyyətini qlükoza səviyyəsindən asılı edir.

Əgər şəkər səviyyəsinə nəzarət olunmazsa, çaşqınlıq hiss edərsiniz. Sevdiyiniz qidaları yeyən zaman beyinin mükafat hissəsində dopamin adlı kimyəvi maddə ifraz olunur ki, yedikcə həzz hissi bəxş edir.

Lakin beyin ilə yanaşı, bağırsağınızı da düzgün qidalarla təmin etməlisiniz.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
WhatsApp-da yeni funksiyalar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ