Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72548
az

Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb

16:3430 İyul, 2022
524
  • A

“Son günlərdə uşaq və gənclər arasında kütləvi şəkildə yayılan baş və qarın ağrısı, ürəkbulanma, qusma, qızdırma və ishal halları rotaviruslarıdır. Rotaviruslar çox yoluxucu bir xəstəlikdir, ribonuklein turşusu daşıyıcısı virusudur”.

Bunu “Report”a açıqlamasında tibbi elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, bu virus mövsümi olaraq kütləvi şəkildə yayılır və sonra yoxa çıxır: “Virus həddən artıq yoluxucudur. Ağır diareya törədir. Uşaqların bədənin su tutumu az olduğuna görə, ishaldan sonra bədən susuzlaşır və onlar adətən xəstəxanaya susuzlaşmış bədənlə daxil olurlar”.

A.Qeybulla vurğulayıb ki, virus daha çox inkefsion xəstəliklərin göstəriciləri ilə müşahidə olunur: “Bu virusu zəhərlənmə və qida toksik infenksiyaları ilə qarışdırmaq olmaz. Çünki bu infeksiyalar adətən nadirən olur. Hazırda geniş yayılan virus isə fərqli qida yeyən şəxslər arasında müşahidə edilir”.

Professor qeyd edib ki, bu kimi hallarda ilkin tibbi yardım olaraq valideynlər uşaqlara apteklərdə satılan “Rehidron” duzunun həll olunmuş formada verməlidir ki, onlarda su maddəsi pozulmasın: “Daha sonra həkimə müraciət etmək lazmdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü