Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72521
az

SOCAR-dan əhaliyə XƏBƏRDARLIQ: ehtiyatlı olun...

20:5229 İyul, 2022
166
  • A

Artıq müəyyən müddətdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.

Bu barədə Oxu24.com-a SOCAR-dan bildirilib.

Qeyd edilib ki, müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. Bir daha qeyd etmək istərdik ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətimizə heç bir aidiyyəti yoxdur. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Bildiririk ki, SOCAR tərəfindən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmçinin vətəndaşlarımızın dələduzluq hallarının qurbanına çevrilməsinin qarşısını almaq məqsədilə media resursları və SOCAR-ın sosial şəbəkə hesabları vasitəsilə mütəmadi olaraq informasiyalar verilir. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər də dərhal cavablandırılır və onlara bu kimi dələduzluq hallarına dair ətraflı məlumat verilir.

Xatırladırıq ki, SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan vakant iş yerləri şirkətin elektron veb səhifəsinin (www.socar.az) “Karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur. Müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilib.

Fürsətdən istifadə edərək, bir daha vətəndaşlarımızı bu məsələ ilə əlaqədar ehtiyatlı olmağa çağırırıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Düşmən Laçını      atəşə     tutdu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı