Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72416
az

SON DƏQİQƏ! Azərbaycanda tibbi maskaların MƏCBURİ olacağı vaxt AÇIQLANDI

11:4327 İyul, 2022
282
CƏMİYYƏT
  • A

Ölkədə yoluxma sayında mənfi dinamika izlənsə də, hələ ki bunun çox sürətli olmasını müşahidə etmirik.


 
Oxu24.com  xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin (SN) mütəxəssis eksperti – infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzarət olunan səviyyədədir:

“Digər tərəfdən, əksər xəstələnmə halları yüngül keçir, xəstəxanaya yatırılma sayı böyük deyil. Epidemioloji durumun daha öncə pisləşdiyi ölkələrdə də eyni halın yaşandığını, ağır formaların və ölüm sayının artmadığını nəzərə alaraq hələ ki sərt tədbirlərin tətbiqi real görünmür. Qapalı məkanlarda maskanın istifadəsi tövsiyə xarakterlidir və düşünürəm ki, onun məcburi olub-olmaması məsələsinə payızda aydınlıq gətiriləcək”.

Təyyar Eyvazov onu da qeyd edib ki, yeni ştamlar da koronovirusun növləri olduğu üçün nəsə fərqli bir mübarizə üsulu yoxdur:

“Sadəcə insanlar vəziyyətin pisləşdiyi dövrlərdə daha diqqətli olmalı və sıx toplaşma məkanlardan mümkün qədər çəkinməlidir. Vaksinasiya prosesinə qatılmayanlar bu prosesə mütləq qatılmalıdırlar. Buster doza almayan vətəndaşlar da gücləndirici doza vurdurmalıdırlar. Çünki, hazırda mövcud olan vaksinlər xəstəliyin daha yüngül keçməsi və ölümlərin azalması istiqamətində təsirlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
Bu qidalar şəkər xəstələrinə xeyirlidir
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı