Bu həftənin ƏN ŞANSLI bürcləri: pul, eşq, yeni imkanlar…
09 Mart 2025, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
4040
26.07.2022, 22:57
Daniela Escobar – Braziliyalı məşhur aktrisa, televiziya aparıcısı. O, 2000-ci illərdə bütün dünyada məşhur, milyonlara tamaşaçısı olan, unudulmaz “Klon” teleserialında ən yaddaqalan “Maysa Ferraz” obrazını canlanlandırıb. Narkotik aludəçisi olan qızının etimadını yenidən qazanmaq üçün əziyyət çəkən, mübarizə aparan Maysa Ferraz telenovellada baş qəhrəman “Lukas”ın sevmədiyi həyat yoldaşıdır.
Oxu24.com xəbər verir ki, məşhur Braziliya teleserialı “Klon”un ulduzu Daniela Eskobar jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Müsahibə zamanı aktrisa bir çox mühüm məqamdan söhbət açıb, ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini də ifadə edib.
HafizTimes.com məşhur aktrisa Daniela Escobar ilə eksklüziv müsahibəni təqdim edir:
– Müsahibə üçün sizə məhz Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Sənətimin bu qədər yol qət etdiyini və bir çox müxtəlif insanların, mədəniyyətlərin qəlbinə toxunduğunu bilmək məni hədsiz dərəcədə sevindirdi.
– Uğurlarınızı nəyə borclusunuz? Nəyi ən böyük uğurunuz hesab edirsiniz?
– Uğurlarım daha çox sənətə sadiqliyim, zəhmətkeşliyim və aldığım davamlı təhsillə bağlıdır. Düşünürəm ki, ən böyük uğurum “Klon” serialı olub. Bu, milyonlarla fərqli tamaşaçısı olan və bütün dünyada ən çox baxılan serialdır.
– Gələcək planlarınızla bağlı bilmək istərik.
– Hazırda mən sağlam həyatı, rifahı təbliğ edirəm. Deyirlər ki, sağlam düşüncə bizi daha parlaq gələcək yaratmağa yönəldə bilər.
– Sizi sevənlərə nə demək istərsiniz?
– Əvvəla, sizə çox təşəkkür etmək istəyirəm. Sevinirəm ki, sənətim sizin qəlbinizə toxuna bilib.
– “Klon” serialının uğur sirri nədir?
– İnanıram ki, yaxşı yazılıb. Həmçinin bu serial iki çox fərqli mədəniyyəti yan-yana təsvir edərək, bir-birini tamamlamaqla dünyaya göstərdi ki, sonda biz hamımız bərabərik.
– Serialda canlandırdığınız “Maysa Ferraz” obrazı sizin həyatınıza necə təsir etdi?
– Bu rol bir çox ölkədə mənim işimə qarşı diqqət və hörmət gətirdi.
– “Klon”la bağlı unudulmaz xatirəniz nədir?
– Kiçik yaşlarımdan bəri hörmət etdiyim aktyorlarla ilk dəfə idi ki, birlikdə çalışırdım. Birdən-birə o böyük aktyorlarla eyni səhnələri paylaşdım və həmin heyrətamiz aktyorlar tərəfindən izlənilən baş rolda çıxış edirdim.
(Daniela Eskobar oğlu ilə birlikdə)
– Real həyatda “Lukas” (başqa qadını sevirdi) kimi bir kişi ilə ailə qurardınız?
– Xeyr, etməzdim. Bu, əzab-əziyyət üçün bir səbəb olardı və heç kimin buna layiq olduğunu düşünmürəm.
– Sizcə, bir kişi, həyat yoldaşı necə olmalıdır?
– Etibarlı, dürüst və ən yaxşı dost olmalıdır.
– Murilo Benício (Lukas), Covanna Antonelli (Hade) ilə münasibətləriniz necədir?
– Münasibətimiz çox peşəkar səviyyədədir, serial çəkilişlərini bitirdikdən sonra görüşə bilmədik.
– “Maysa Ferraz”la heç oxşarlığınız varmı?
– Saçları, gözlərinin rəngi və qüsursuz geyim zövqü…
– Sizcə, qadınlar üçün 5 qızıl qayda nədir?
– Qəlbinizə güvənin
– Heç vaxt özünüzü ucuza satmayın
– Heç vaxt layiq olduğunuzdan daha az şeylə kifayətlənməyin.
– Etibar sizin sahib olduğunuz ən seksual keyfiyyətdir.
– Hörmət istənilən münasibətin əsasıdır.
– “Klon” serialı ilə bağlı ən böyük yanlış təsəvvür nədir?
– Maysa qorxaq bir adamla evlənmiş, çox bədbəxt bir qadın idi.
– Sizin azadlığınızın sərhəddi harada bitir?
– Birinin azadlığının sərhəddi başqasının azadlığı başladığı yerdə bitir. Yəni, individuallıqlara hörmət edilməlidir.
– “Maysa Ferraz” olmağın ən böyük çətinliyi nə idi?
– Cəmiyyət və ailənin qoyduğu qaydalara əməl etmək üçün öz qızının hiss və fikirlərini qəbul etməyən bir ananı canlandırmaq çətin idi.
– Bəs aşdığınız ən böyük maneə nə olub?
– Lazım olduğu qədər peşəkar olmayan insanlarla işləmək.
– Zaman sizdən nəyi aldı, nəyi verdi?
– Zaman məndən implusivliyimi (fikirləşmədən hərəkət etmək) aldı və mənə müdriklik, yetkinlik və daxili rahatlıq verdi.
Həmçinin oxuyun
– Həyatın sizə verdiyi ən mühüm dərs nə olub?
– Hamımızın öz həyat yolumuz var və hətta biz bəzən bir dosta və ya ailə üzvünə kömək etmək istəsək belə, biz yalnız onun qəbul etməyə hazır olduğu qədərini verə bilərik.
– Həyat fəlsəfənizi 3 cümlə ilə necə ifadə edərsiniz?
– Anı yaşayın, hamıya bərabər sevgi və hörmətlə yanaşın, sərbəst olun.
– Din sizin üçün nə deməkdir?
– Mənbə ilə əlaqə qurmağımızın yolu deməkdir.
– “Klon” serialından sonra həyatınızda nə dəyişdi?
– Çox şey dəyişdi. Bir oğul böyütdüm. Sağlamlıq üzrə məşqçi və qidalanma mütəxəssisi oldum. Mən son 5 ildir ki, ən çox yayılmış xroniki xəstəliklərin səbəblərini araşdırıram və xəstələrlə işləyirəm, sağlamlığı təbliğ edirəm.
– “Klon” serialının çəkilişi zamanı İslam dini ilə bağlı nə öyrəndiniz?
– Düzünü desəm, çox şey öyrənə bilmədim. Mənim oynadığım obraz müsəlman ailənin bir üzvü deyildi, ona görə də çox şey deyə bilmirəm. Serialdakı qızım narkotik alüdəçisi olduğu üçün mən də daha çox bu sahədə məlumatlar öyrənməli oldum.
İslamla bağlı yaddaşımda qalan şey, bir kişinin birdən çox həyat yoldaşının olması qanunidir. Ancaq eyni şey qadınlar üçün keçərli deyil, elə deyilmi?
– Övladları narkomaniyadan əziyyət çəkən valideynlərə nə demək istərsiniz? Débora Falabella ilə (serialdakı qızınız Mel də narkomaniyadan əziyyət çəkirdi) münasibətləriniz necədir?
Mən deyərdim:
– Uşağınızın bu yolu seçib, belə əzablar çəkməsinə səbəb olmamaq üçün nə etdiyinizə çox diqqət yetirin. Övladlarınızın hisslərinə hörmətlə yanaşın və onların yanında olmağa çalışın. Övladlarınız üçün sevgi və təhlükəsiz mühit bəxş edin. Onların ehtiyac duyduğu tək şey eşidilmək və sevilməkdir.
Deboraya gəlincə isə, bir yerdə çalışarkən əla münasibət qurduq. O, gözəl insan və aktrisadır.
– Ən çox bəyəndiyiniz və bəyənmədiyiniz İslam adəti hansıdır?
– Onların çay mərasimlərinin dəyərli olduğunu bilirəm və mən bunu sevirəm. Mən çay həvəskarıyam!
İslam adət-ənənələrini çox yaxşı bilməsəm də, bəyənmədiyim bir şey budur ki, kişilərin birdən çox həyat yoldaşı ola bilər, amma bu qayda qadınlara şamil edilmir. Mən heç vaxt həyat yoldaşımı könüllü olaraq paylaşmaram.
– Zamanı geri qaytara bilsəydiniz, nə edərdiniz?
– Daha erkən veqan olardım, bu günkü kimi daha çox idman edərdim. Çox səyahət edərdim və bəzi şeylərə daha az bağlanardım.
– Ən çox nə vaxt xoşbəxt olursunuz? Qadın nə zaman bədbəxt olur?
– Təbiət qoynunda olanda, okeanda üzəndə, nəhəng əncir ağacının altında əncir yeyəndə ən xoşbəxt oluram. Oğlumun təbəssümünü gördüyümdə, onun xoşbəxt olduğunu biləndə, dostlarımın gülməli hekayələrini dinlərkən xoşbəxt oluram; Həyatında sağlamlıqla bağlı dəyişiklik etmək istəyən birinə kömək edəndə çox sevinirəm. Mənim işim bütün dünyadakı insanlara çatanda və onların qəlbinə toxunaraq uzaq və müxtəlif mədəniyyətlər arasında əlaqə yaradanda çox şad oluram. Sevgi qarşılıqlı olanda mən də xoşbəxt oluram.
Qadın etibar edə bilmədiyi insanlarla yaşamaq və işləmək məcburiyyətində qalanda bədbəxt olur. Saxta insanların əhatəsində olanda və tam gücünü göstərə bilmədikdə qadın bədbəxt olur.
– Sevgi sizin üçün nə deməkdir?
– Sevgi həyatın mənasıdır.Tanrıdır. Ona görə doğulmuşuq. Sevə bilməyənlər həyatın mənasını, bizim burada olmağımızın səbəbini heç vaxt başa düşməyəcəklər.
– “Lukas” və “Maysa”ın evliliyində nə çatışmırdı?
– Hər şey… İnam, sevgi və hörmət.
– Gənc müsəlman qızlara nə demək istərsiniz?
– Təmiz qidalar qəbul edin, heyvan mənşəli məhsullardan uzaq durun, hər gün məşq edin, gecə ən az 7 saat yatın və bədəninizə diqqət edin. Bir şey düzgün olmadığında o, sizə xəbər verəcək.
– Daniela Eskobar bir ana kimi necədir?
– Dünyanın ən yaxşı anasıyam.
– Analara nə tövsiyə etmək istərsiniz?
– Övladlarınızın fiziki olduğu qədər, emosional ehtiyaclarından da xəbərdar olun. Biz ağıl və ruhdan ibarətik.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Bakıya səfər etmək istərsinizmi?
– İnternetdə bir neçə şəkil gördüm, Bakı gözəl şəhərdir. Bakıya gəlmək istərdim.
– Azərbaycanda “Klon” serialını sevənlərə nə demək istərsiniz?
– Əvvəla, ümid edirəm ki, baxıb əylənəcəksiniz. Ancaq unutmayın ki,“Klon” fantastikadır. Bunu heç vaxt unutmayın. Bu, Braziliyadan kənarda heç vaxt yaşamamış, müsəlman mədəniyyətində içərisində böyüməmiş biri tərəfindən yazılmış əyləncə parçasıdır. Beləliklə, mədəniyyətinizə zərər verə biləcək hər hansı səhvləri bağışlayın.
Hafiz Əhmədov
HafizTimes.com
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
38
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
63
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
50
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
60
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
58
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
59
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
52
21:31 / 12 Mart 2025
BMT Rusiya-Ukrayna atəşkəsi ilə bağlı fikrini açıqladı
62
20:54 / 12 Mart 2025
13 yaşlı oğlan eyvandan yıxılıb öldü
66
20:48 / 12 Mart 2025
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
80
20:30 / 12 Mart 2025
Sarkisyana qadağa qoyuldu
92
20:15 / 12 Mart 2025
SON DƏQİQƏ! Prezident yeni təyinat edib
1983
20:13 / 12 Mart 2025
Təyyarə göydə tüstülədi
81
20:10 / 12 Mart 2025
İsrail 5000 Kamikadze İHA almağa hazırlaşır
95
20:02 / 12 Mart 2025
Çinli ixracatçılar Rusiyada malların ələ keçirildiyini bildirirlər
82
19:52 / 12 Mart 2025
Serbiya BMT-nin Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə səsverməni geri götürüb
85
19:33 / 12 Mart 2025
SON DƏQİQƏ! Onlar həbs edildilər
788
19:25 / 12 Mart 2025
Türkiyəyə böyük ümidlər var
91
19:22 / 12 Mart 2025
“Qazprom”un top meneceri kokainlə həbs edilib
91
19:19 / 12 Mart 2025
Rusiya səfirliyi Yunanıstanın RİA Novosti-yə akkreditasiyadan imtina etməsinə cavab verib
96
19:15 / 12 Mart 2025
Beş ölkənin xarici işlər nazirləri ABŞ-la Qəzzanın yenidən qurulması planını müzakirə ediblər
87
19:11 / 12 Mart 2025
Ərazilər Rusiyada qalacaq - KİV
95
18:55 / 12 Mart 2025
Kanadadan ABŞ-yə cavab
85
18:50 / 12 Mart 2025
3 rayonda qaz olmayacaq
94
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.