Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda 28 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

CƏMİYYƏT

212

26.07.2022, 22:36

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM  xəbər verir ki, hadisə Bakı-Quba magistralının Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada 1994-cü il təvəllüdlü Süleymanov Rəşad İlqar oğlunu “Ford” markalı yük avtomobili vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.