Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72354
az

Azərbaycanda “Android” istifadəçilərinə vacib xəbərdarlıq

20:3925 İyul, 2022
189
CƏMİYYƏT
  • A

Azərbaycan istifadəçilərini gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.

OXU24.COM APA-ya istinadən bildirir ki, belə troyanları Android platformalı cihaz istifadəçilərindən pul mənimsəməyin klassik üsullarından biri hesab olunur. Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.

Çox vaxt bu tip troyanlar istifadəçilərdən müxtəlif qanuni xidmətlər üçün gizli şəkildə ödənişlər aparırlar, bunun üçün isə kiberdələduzlar faiz əldə edirlər. Lakin bəzən bu zərərli proqramlar istifadəçiləri dələduzların öz "xidmətlərinə" qoşurlar. Zərərli proqram SMS və ya "push" bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər.
Ətraflı

Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir. Zərərli proqramlar "Google Play" vasitəsilə ucuz və "faydalı" proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görmək olar ki, "xidmətə" giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə təmin edilir.

"Hətta faydalı proqram belə təhlükə yarada bilər. Bu tələyə düşməmək üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumaq tövsiyə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampdan daha bir qalmaqallı QƏRAR: Milli Səhiyyə İnstitutunun fəaliyyətini dayandırdı
Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib