Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72353
az

Fəsəli necə hazırlanır? - VİDEO - FOTO

19:5025 İyul, 2022
152
CƏMİYYƏT
  • A

Azərbaycan mətbəxində geniş yayılan un məmulatları var ki, onların bəziləri qədim tarixə malikdir. Bunlardan biri də fəsəlidir. Bu gün də qərb bölgəsinin bəzi kəndlərində fəsəli hər kəsin, xüsusən də uşaqların ən sevdiyi şirniyyatlardan sayılır. O sac üstündə bişirilir. Hazırlanması isə diqqət və təmkin tələb edir.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, fəsəlinin hazırlanma qaydasından danışan Tovuz rayon sakini Sevil Poladova onun bişirilməsinin 1 saata yaxın vaxt tələb etdiyini deyir. "Əvvəlcə xəmiri yoğurduq. Onu üç hissəyə ayırdıq. O kündələri ayrı-ayrılıqda yaydıq. Hər birini yağlayıb, üst-üstə qoyduqdan sonra yenidən yağlayacağıq. Xəmirin həcmini təxmini hazırlayırıq"- deyə Tovuz sakini bildirib.

Sevil xanım deyir ki, fəsəlini digər oxşar xəmir məmulatlarından fərqləndirən onun daha çox yağlı olmasıdır. Fəsəlinin hazırlanmasında 150-200 qram yağ istifadə olunur. Alınan yağlı xəmir yayılır. Sonra oxlovla deşiklər açılaraq sac üstündə bişirilir. Sacın çox isti olmaması, fəsəlinin altının, üstünün və ortasının eyni anda bişməli olması əsas şərtlərdəndir. Fəsəli sacın üzərində bişdikcə onun üzərinə yenə yağ əlavə edilir. Tam bişməsinə əmin olunduqdan sonra isə sacdan götürülür. "İlin istənilən fəslində fəsələni bişiririk. Mən bunu hazırlamağı nənəmdən öyrənmişəm. Fəsəliyə şəkər tozu əlavə edəndə miqdarını bişirən şəxs özü istədiyi kimi təyin edə bilər. Şəkəri hərə öz zövqünə uyğun miqdarda əlavə edir. Şirin xoşlamayan fəsələni olduğu kimi də yeyə bilər", - deyə S. Poladova əlavə edib.

Süfrəyə verildikdə isə üzərinə şəkər tozu əlavə olunur. Bu zövqə görə əlavə edilir. Şirin sevməyən adamlar onu adi qaydada da yeyə bilərlər. Bir sözlə, fəsəli həm isti, həm də soyuq şəkildə, istəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü